Xəbərlər

Dünya müharibəsi olacaq, Ukrayna qurban verilməlidir

maskk

İlon Mask Üçüncü Dünya Müharibəsindən qaçmaq üçün Ukraynanın qurban verilməsini məsləhət görür.

Millinews.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, dünyaca tanınmış milyarder İlon Mask Yaxın Şərq və Ukraynadakı hərbi münaqişələrin 3-cü Dünya Müharibəsinə çevrilə biləcəyini düşündüyünə görə, ABŞ-ın Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmalı və Ukraynanı atəşkəsə razı salmağın vacib olduğunu hesab edir. Mask bu barədə “X” platformasında yazıb.

O hesab edir ki, ABŞ siyasətinin prioriteti III Dünya Müharibəsindən qaçmaq və regional münaqişənin sürətlə qlobal miqyasda kəskinləşməsinin qarşısını almaq olmalıdır.

Mask Ukraynanın Rusiyaya qarşı müharibəsini ümidsiz vəziyyət hesab edir.

Milyarder biznesmen ABŞ-ı Ukraynada sülhə aparan yol tapmağa və Rusiya ilə normal münasibətləri bərpa etməyə çağırıb.

Maska görə, atəşkəs mümkündür, çünki Rusiyanın tərkibində olmaq istəyən regionları Ukraynanın bir hissəsi olmağa məcbur etməyin mənası yoxdur. O əmindir ki, Rusiya tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi – Şərqi Ukrayna və Krım həqiqətən də Rusiyanın olmaq istəyir.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu