Xəbərlər

Azərbaycanın Əməkdar müəllimi vəfat etdi


Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

Millinews.az “Report”a istinadən xəbər verir ki, o, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.

O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu