Xəbərlər

İnsanların yer üzündən yox olacağı gün gələcək – Qorxunc XƏBƏRDARLIQ – Millinews.az

İqlim dəyişikliyi planetimizdə ətraf mühit şəraitinin dəyişməsinə səbəb olur. Bu, bir çox daxili və xarici amillərə görə baş verir. İqlim dəyişikliyi son bir neçə onillikdə ciddi qlobal narahatlığa çevrilib. Bundan əlavə, iqlim dəyişiklikləri yer kürəsində həyat şəraitinə, o cümlədən, ekosistemə və ekologiyaya müxtəlif yollarla təsirlər göstərir. Ən pisi isə odur ki, iqlim dəyişiklikləri bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilməsinə gətirib çıxarır.

trend-ə istinadla xəbər verir ki, alimlərin apardığı beynəlxalq araşdırmada qeyd edilir ki, iqlim, insan fəaliyyəti nəticəsində çoxdan dəyişməyə başlamışdı, lakin bu haqda insanlar keçən əsrdə məlumat əldə edib.

Ötən əsrdə artıq iqlim dəyişikliyi və onun insan həyatına təsiri hiss edilməyə başlanılıb. Məlum olub ki, yerin temperaturu istixana effekti adlanan bir fenomenə görə yüksəlir. Yer səthinin istiləşməsi bir çox ozonun tükənməsinə səbəb olur, kənd təsərrüfatına, su təchizatına, nəqliyyatın fəaliyyətinə və bir sıra digər məsələlərə təsir edir.

İqlim dəyişikliyini əsasən iki amillə əlaqələndirmək olar. Bunlardan birincisi təbii səbəblərdir. Təbii səbəblərə vulkan püskürməsi, günəş radiasiyası, tektonik plitələrin hərəkəti, orbital dəyişikliklər daxildir. Bu fəaliyyətlər nəticəsində bir ərazinin coğrafi vəziyyəti həyatın davam etməsi üçün kifayət qədər zərərli olur. Həmçinin, bu fəaliyyətlər yerin temperaturunu böyük ölçüdə yüksəldir və təbiətdə balanssızlığa səbəb olur.

İqlim dəyişikliyinə səbəb olan digər amil isə insan fəaliyyətidir. Belə ki, insan ehtiyacı və hərisliyi səbəbindən nəinki ətraf mühitə, həm də özünə zərər vuran bir çox işlər görüb. İnsan fəaliyyəti nəticəsində bir çox bitki və heyvan növləri yox olur. İqlimə zərər verən insan fəaliyyətlərinə meşələrin qırılması, qalıq yanacaqdan istifadə, sənaye tullantıları, müxtəlif növ çirklənmə və sair daxildir. Bütün bunlar iqlimə və ekosistemə çox ziyan vurur. Bir çox heyvan və quş növlərinin ov ucbatından nəsli kəsilib və ya yox olmaq ərəfəsindədir.

İqlim dəyişikliklərinin ətraf mühitə mənfi təsirləri olduqca çoxdur. Okeanların səviyyəsi qalxır, buzlaqlar əriyir, havada CO2 (karbon dioksid) artır, meşələr və canlılar aləmi azalır. İqlim dəyişikliyi, həmçinin, suya da mənfi təsir göstərir. İqlim dəyişikliyi davam edəcəyi halda, bir çox bitki və heyvan növlərinin nəslinin kəsiləcəyi və ətraf mühitə böyük zərər dəyəcəyi gözlənilir.

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi dünyanın sonunu gətirə bilər.

“Əgər biz heç nə etməsək və iqlim dəyişikliyi indiki kimi davam edərsə, gələcəkdə insanların yer üzündən yox olacağı bir gün gələcək. Amma biz bu problemlərin həll edilməsinə çalışmaq əvəzinə, daha da dərinləşməsinə rəvac veririk. Əgər biz qətiyyətli olsaq, o zaman yer üzünü və gələcəyimizi xilas edə bilərik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu