Xəbərlər

Rusiya Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişdi


Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

Millinews.az xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu