Xəbərlər

Əsrlər boyu sirr olaraq saxlanılan möcüzə üzə çıxdı

Əsrlər əvvəl bəşəriyyətin müalicə məqsədilə istifadə etdiyi bitkilər və onların ekstraktlarından əldə edilən yağlar yenidən populyarlıq qazanmağa başlayıb. Astma üçün təbii vasitə olan bu yağdan 1 qaşıq içmək belə kifayətdir.

Millinews.az xəbər verir ki, insanların müalicə məqsədilə istifadə etdiyi bitkilər arasında yer alan qara zirə xəmirlərdə dadlandırıcı olaraq istifadə edilməkdən başqa bir çox faydalara malikdir. Qara zirə bitkisinin toxumlarından alınan təbii yağ xəstəliklərə qarşı müalicə kimi istifadə olunur. İnsan sağlamlığı üçün bir çox faydası olan qara zirə yağı bir qaşıq belə sağlam həyatın qapısını açmağa kifayət edir.

186b43ac a5b3 4fba 8588 fee8736a7284

Qara zirə yağının ən məşhur faydası, astma xəstəliyinin təbii müalicəsi kimi tanınmasıdır. Faydalarından yararlanmaq üçün gündə 1 çay qaşığı qara zirə yağı içmək kifayətdir. Qara zirə yağının insan sağlamlığı üçün faydaları aşağıdakılardır:

Mədə və bağırsaq problemləri: Tərkibindəki sağlam yağ turşuları və antioksidant dəyərlər sayəsində qara zirə yağı mədə və bağırsaqlarda xəstəliklərin qarşısını alır. Mədə turşusunu balanslaşdırır və həzmə kömək edir.

2a1edd02 6b11 49ea bfe2 65c3a4424f3f

Astma üçün təbii müalicə: Qara zirə yağının tərkibindəki antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində yuxarı tənəffüs yollarında yaranan narahatlığı aradan qaldırır. Ağciyərləri və tənəffüs yollarını təmizləyən qara zirə yağının müntəzəm istifadəsi astma simptomlarını aradan qaldırmağa kömək edir. Xəstəliyin zamanla sağalmasına kömək etdiyi də məlumdur.

Xərçəngə qarşı qoruyucu təsirə malikdir: Araşdırmalar göstərir ki, qara zirə yağı xərçəngə qarşı da təsirlidir. Bu istiqamətdə araşdırmalar hələ də davam etsə də, araşdırmalar qara zirə yağının şiş böyüməsinin qarşısını aldığını göstərir.

e031e3f4 7e88 404e 8eb9 34f98f08d514

Arıqlamağa kömək edir: Sağlam yağlar sayəsində ödemi aradan qaldırmağa kömək edir. Maddələr mübadiləsini də sürətləndirən sağlam yağlar arasında yer alan qara zirə yağının gündə 1 çay qaşığı istehlak edilməsi qısa müddətdə arıqlamağa səbəb olur.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu