Xəbərlər

Bu şəxslərə ödənilən vəsait artırıla bilər


Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait artırılmalıdır.

Millinews.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, hazırda dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsait bir saat üçün 6 manat təşkil edir.

Anar Bağırov bildirib ki, ölkədə hüquqşünaslara tələbat xeyli artsa da, hüquqşünaslıq fakültəsindən məzun olanlayın sayı azdır. Bir sıra qurumlarda hüquqşünas vakansiyaları boşdur, kifayət qədər namizəd yoxdur.

Vəkillər Kollegiyasının sədri vəkil çatışmazlığının yaşandığı bölgələrə də diqqət çəkib. O, Gədəbəy, Daşkəsən, Lerik rayonlarını bu baxımdan fərqləndirib. Naxçıvan Muxtar Respublikası isə bu sırada ilk yerdə qərarlaşıb.

“İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbul keçirilir. Bu da namizədlərin 7 faizini təşkil ediar”, – deyə Anar Bağırov vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu