İqtisadiyyatÖlkə

Hər kəs artımdan faydalanacaq: Söhbət böyük məbləğlərdən gedir

Azərbaycanda sosial islahatların həyata keçirilməsi davamlı hal alıb. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Aparılan islahatlar çərçivəsində insanların gəlir imkanlarının artırılması xətti də mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının və pensiyaların artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır.

Respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Son beş ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

2024-cü ilin əvvəlində – fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi pensiya müavinətlərində artım oldu, lakin maaşlarla bağlı hər hansı ciddi bir artım qeydə alınmadı. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşlarının artırılıb-artırılmayacağıdır. Yaxın illərin təcrübəsi göstərir ki, maaş artımları yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən hesablanır və verilir.

Belə ki, 2018 ildən bu yana ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikasının da yüksək olduğunu müşahidə edirik. 2023-cü ilin ilk 7 ayında respublikamızda  orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub.

Prezident İlham Əliyevin ötən ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib.

Bəs 2024-cü ilin irəliləyən aylarında Azərbaycanda vətəndaşların əməkhaqqılarında ciddi artımlar müşahidə oluna bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Referans.az-a açıqlamasında bildirib ki, artıq əməkhaqqılarında ilin sonuna doğru artımların olacağı gözlənilir: “Gözlənti ondan ibarətdir ki, əsasən minimum əməkhaqqında artım zamanı ya inflyasiya, ya da nominal orta aylıq əməkhaqqındakı artım meyyarından istifadə olunacaq. Təbii ki, bu nominallardan istifadə olunması minimum əməkhaqqının hətta iki rəqəmli artırılmasına səbəb ola bilər. Xüsusən nəzərə alsaq ki, 2024-cü ilin birinci rübündə bütövlükdə sosial xərclərdə proqnozla müqayisədə 40 faiz daha çox xərclənmə olub. Yəni büdcədə propsit yaranıb. Digər tərəfdən sosial xərclərdə proqnoz nisbətilə müqayisədə artımlar var. Hökumətdəki qiymətləndirmədən sonra 2024-cü ilin dövlət büdcəsinə baxılıb-baxılmaması ilə bağlı qərar veriləcək”.

e0675177 4c96 3188 8a29 1da67345be24 850 1 1715762617 full

Deputat qeyd edib ki, proqnozların gözləniləndən daha yaxşı nəticə göstərməsi yaxın aylarda dövlət büdcəsinə yenidən baxılması imkanlarını artırır. Onun sözlərinə görə, büdcəyə yenidən baxılarsa, təqdim olunan layihə üzrə müzakirənin aparılması mümkündür: “Əsas prioritet sahələr işğaldan azad olunan ərazilərimizin bərpası, milli təhlükəsizliyimiz gücləndirilməsi, eyni zamanda sosial təminatın daha da yaxşılaşdırılması ilə bağlıdır. Büdcəyə yenidən baxılarsa, sosial istiqamətlə bağlı təkliflərimizi də təqdim edəcəyik. Sosial təminatın gücləndirilməsi hər zaman prioritetdir və 2024-cü il üçün də öz prioritetliyini qoruyub saxlayacaq”.

Milli Məclisin deputatı Vahid Əhmədov redaksiyamıza dedi ki, dövlət büdcəsinə yenidən baxılmalıdır, çünki əlavə gəlirlər artıb: “Neftin qiyməti 60 dollar götürülmüşdü, amma hazırda orta hesabla 85 dollar səviyyəsindədir. Artımlara görə, dövlət büdcəsinə yenidən baxılmalıdır. Əməkhaqqıları, təqaüd və pensiyaların artırılması ilə bağlı hələlik dəqiq məlumat olmasa da, hər zaman olduğu kimi növbəti iclaslarda da Milli Məclisdə bu məsələlərə toxunacağıq. Dəyişikliyi almadığımız üçün hər hansı dəqiq məlumat deyə bilmirik”.

92f79639 6f8a 343c bd74 62a5c4083ba4 850 1715762649 full

Vahid Əhmədovun sözlərinə görə, maaşlar inflyasiyaya uyğun olaraq artırılmalıdır, inflyasiya isə 2023-cü ildə 2,8 olubsa, bu ilin aprel ayına olan statistikaya görə hardasa 0-1 faizə yaxındır. Amma ümumi götürsək, bizdə minimum əməkhaqqı aşağıdı və bunun artırılmasına ehtiyac var. Çox uzağa getməyə ehtiyac yoxdur, qardaş ölkə Türkiyə ilə müqayisədə necə aşağı olduğunu görə bilərik.

İqtisadçı Xalid Kərimli qeyd edir ki, Azərbaycanda parlament seçkilərindən əvvəl əməkhaqqılarında, pensiya və müavinətlərdə artım olacağı gözlənilmir: “Yanvarın 1-dən etibarən həm pensiya, həm sosial ödənişlər, həm də yaşayış minimumu artırıldı. Bütün pensiya və təqaüdlərdə olan artımlar ildə sadəcə bir dəfə həyata keçirilir. Pensiyalarda indeksasiya mexanizmi var, orta aylıq əməkhaqqının artım faizinə görə hesablanır. Bu ilin axrında bu məsələlər bəlli olacaq və büdcə paketi ilə birlikdə müzakirə olunub ilin axrında – dekabrda təsdiq olunacaq. Bunlar hər il eyni qaydada tətbiq olunur və ildən-ilə artırılır”.

16849222701972150647 1200x630 1715762741 full

İqtisadçı bildirib ki, maaşların artırılması hökumətin qərarından asılı olan bir məsələdir. Onun sözlərinə görə, minimum əməkhaqqı ötən il artırılmadı, amma bu ilin noyabr ayına qədər artırılacağı gözlənilir.

Xalid Kərimlinin fikrincə, Azərbaycanda noyabra qədər minimum əməkhaqqı 10 faiz artırıla bilər: Amma təbii ki, bu bir ehtimalıdır. Əvvəlcə təkliflər hazırlanacaq daha sonra isə hökumət nə qədər artırılacağına qərar verəcək. Eyni zamanda minimum əməkhaqqı qaldırılsa da, bu artım gələn il yanvarın birindən qüvvəyə minəcək”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu