Xəbərlər

Lalə Azərtaşdan atası ilə bağlı paylaşım

Aparıcı Lalə Azərtaş atası Qabil bəylə bağlı paylaşım edib.

Millinews.az xəbər verir ki, aparıcı atasının ad günü olduğunu vurğulayıb:

“Əziz atam, sağ qanadım, Allah payım, təmiz adım. Nə yaxşı varımsan, Allaha sizin üçün sonsuz dualar edirəm. Getməyə davam etdiyin və bu günə kimi keçdiyin ömür yolunla fəxr edirəm. Düzlük hər yerdə qalibdir deyərək öz düz yolunda əlimizi heç buraxmadın. Yaşın cavan olsa da tanıyanlar ən gənc vaxtından agsaqqal dedilər sənə. Bu gün saqqalın kimi, saçının da hər teli ağarıb demək olar ki… Saçının hər bir telinə qurban. Sən çox yaşa ki, mənim xoşbəxtliyim uzun olsun. Şükür ki, mən Lalə Qabil qızıyam. Sən isə sözün hər mənasında 72 illik həyat cığırında Qabilsən və qalibsən”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu