Xəbərlər
Bayramov BƏƏ-li həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Nahyanla görüşüb.
Bu barədə Millinews.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.