Xəbərlər

İsrail ordusuna məxsus helikopterin vurulduğu açıqlandı


HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzza zolağında İsrail ordusuna məxsus helikopteri vurduğunu açıqlayıb.

Millinews.az xəbər verir ki, “Əl-Əqsa” televiziyasının teleqram kanalının açıqlamasına görə, “İzzəddin əl-Qəssam Briqadaları” Qəzzanın Əl-Bureyc qaçqın düşərgəsində İsrail helikopterinə atəş açıb. Detallar barədə ətraflı məlumat yoxdur. İsrail tərəfi hələlik iddialara münasibət bildirməyib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Ardınca İsrail cavab hücumları təşkil edib. Tərəflər minlərlə itki veriblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu