Xəbərlər

TARİXİ QƏLƏBƏ: minifutbol millimiz yarımfinala yüksəldi

bc5d2d4c f7c3 3ef1 8645 cf955360eabb 850

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Millinews.az xəbər verir ki, yığma 1/4 finalda Bolqarıstana qalib gəlib.

Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu