İdman

“Qarabağ” neçəncidir? – Turnir cədvəlində ŞOK DETAL

Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” “Ayntraxt”ı məğlub edib – 3:2.

Aktivində 10 xalı olan Qurban Qurbanovun komandası 18-cidir. Bununla Ağdam təmsilçisi son turun oyunundan əvvəl pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.

“Qarabağ” əsas mərhələnin sonuncu görüşündə səfərdə “Liverpul”la (İngiltərə) qarşılaşacaq. Sözügedən qarşılaşma yanvarın 28-də baş tutacaq.

Xatırladaq ki, ÇL-in əsas mərhələsində ilk 8 sıranın sahibləri birbaşa 1/8 finala, 9-24-cü yeri tutan komandalar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yerdə qərarlaşan isə avrokuboklarda çıxışlarını başa vururlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu