Xəbərlər

“Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”


“Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”.

Millinews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Ali Mədəniyyət, Dil və Tarix Qurumunun Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil etdiyi Mustafa Kamal Atatürkü anma tədbirindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə onlarla hücumun qarşısını almış bir ölkədir: “Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq”.

Ərdoğan deyib ki, ölkənin əsas infrastruktur ehtiyaclarını ödəyiblər: “Biz hər sahədə çox yaxşı səviyyədəyik. PKK-dan FETÖ-yə qədər terror təşkilatlarını fəaliyyət göstərə bilməyəcək hala gətirmişik”.

Xatırladaq ki, Türkiyə Cümhurriyyətinin qurucusu və əbədi lideri Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb. Hər il noyabrın 10-u Atatürkü anım günü olaraq qeyd edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu