Xəbərlər
Ukrayna üçün QORXULU SSENARİ: “Sadəcə uçub uzaqlaşırıq”
“Ukraynada Vaşinqton üçün hər şey Vyetnam ssenarisi üzrə bitəcək”.
Millinews.az xəbər verir ki, Bu fikri İsveçrənin “Weltwoche” jurnalına müsahibəsində ABŞ ordusunun istefada olan polkovniki və Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib.
“İşlər istədiyimiz kimi getməyəndə, səhv etdiyimiz zaman, biz sadəcə uçub uzaqlaşırıq. Ukraynada hər şey Vyetnamdakı kimi bitəcək – biz sadəcə gedəcəyik”, – deyə o bildirib.
Makqreqor qeyd edib ki, amerikalılar Ukraynaya maraqlarını itirirlər. O, iddia edir ki, tezliklə Amerika administrasiyası xarici siyasətlə maraqlanmayan vətəndaşların maraqlarını nəzərə alacaq və sadəcə olaraq “mövzunu dəyişəcək”.
Hüseyn İbadlı