Xəbərlər
Qəzzada Azərbaycan vətəndaşlarının olub-olmaması barədə məlumat yoxdur
“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.
Millinews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.