Messiyə hədiyyə edilən 8 qızıl üzük: hər birinin mənası var
“Adidas” şirkəti Lionel Messiyə “Qızıl top” mükafatını 8-ci dəfə qazanması münasibətiylə eksklüziv hədiyyə edib.
Şirkət argentinalının qazandığı “Qızıl top”ların hər biri üçün 14 karatlıq qızıl üzük hazırlayıb. Hər birinin özünəməxsus dizaynı və mənası var. Onların hər birində nə təsvir olunduğuna baxaq:
2009. “El Beso” (Öpüş) – Messinin “Mançester Yunayted”lə Çempionlar Liqasının finalında butsunu öpərkən əfsanəvi sevinci.
2010. “Apunta Al Cielo” (Səmaya işarə) – Leo üçün başqa bir əlamətdar sevinc. O, bunu mərhum nənəsinə həsr edib.
2011. “GOAT” – Üzük Messinin Pep Qvardiolanın “Barselona”sındakı əsas rolunu xatırladır. Məhz o zamandan etibarən argentinalı superulduz bütün zamanların ən güclü futbolçusu adlandırılmağa başladı.
2012. “91”- Messi 2012-ci ildə məhz bu qədər qol vuraraq, hələ heç kim tərəfindən qırılmayan dünya rekordunu müəyyənləşdirib.
2015. “Çempionlar Liqasının qələbəsi” – Beşinci halqa onun 2015-ci ildə Çempionlar Liqasındakı qələbəsini xatırladır. Burada o, “Barselona”ya tarixində dördüncü titulunu qazanmağa kömək edib.
2019. “Möhtəşəm Qızıl Çəkmə” – Altıncı üzük Messinin Avropanın altıncı dəfə ən çox qol vuran futbolçu mükafatını qazanmasını əks etdirir.
2021. “Cənubi Amerika çempionu” – Leo bu adı milli ilə çoxdan gözlənilən Amerika Kubokunu qazandıqdan sonra alıb. O, turnirin ən dəyərli oyunçusu və bombardiri olub.
2023. “Argentina dünya çempionudur.” – Səkkizinci və sonuncu üzükdə Argentinanın Messinin liderliyi ilə 2022-ci il Dünya Kubokunda tarixi qələbəsini simvolizə edən üç ulduz var.
Heybət