Ölkə

Pensiya, müavinətlər və maaşların artımı belə olacaq: Əməkhaqları isə… – Tarix açıqlandı

Azərbaycan Prezidenti İlham Əliyev bu gün çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib mesajları təqdim etdi. O cümlədən, son illər minimum əməkhaqqı və minimum pensiyadakı artımlar və bu kontekstdən növbəti ildən etibarən minimum pensiya və minimum əməkhaqqında artımların olacağını bildirdi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.

“Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqı və eləcə də, minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq.

Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əməkhaqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb.

Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əməkhaqqı, eləcə də, inflyasiya səviyyəsi – hər iki indikator nəzərə alınmaqla minimum əməkhaqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əməkhaqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq.

İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əməkhaqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək”, – deyə o bildirib.

Gələn il ölkəmizdə sosial müdafiə istiqamətində mühüm addımlar atılacaq. Hazırda ölkədə inflyasiya minimum həddədir. 2025-ci ildə də inflyasiyanın aşağı olacağı proqnozlaşdırılır. Eyni zamanda orta aylıq əməkhaqının artım tempi də imkan verir ki, gələn il pensiya və müavinətlər artırılsın.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

O qeyd edib ki, əməkhaqqlarında da artım olacaq:

“Gələn il ölkədə sosial müdafiə sistemi daha da güclənəcək. Pensiyanın minimum həddi qanunla tənzimlənsə, orta aylıq pensiyanın sığorta hissəsinin artması ölkə üzrə orta aylıq əməkhaqının artım tempinə bağlıdır. İlin sonuna qədər isə bu istiqamətdə artım müşahidə ediləcək”.

Millət vəkili hesab edir ki, müavinətlərin artımı ölkə başçısının sərəncamları ilə tənzimlənir:

“Vaxtaşırı artımlar edilir. Bu il istisna olmaqla, digər illərdə artımlar olub. Sosial siyasətdə prioritet istiqamətlər var. Bunlar maliyyələşmədə əsas götürülür. Prioritet istiqamət Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası, köçkünlərin yerlərinə qayıdışır”.

Musa Quliyev ölkədə sosial müdafiə tədbirlərinin azalmadığını söyləyib:

“Gələn ildə olan artımlar bunu təsdiq edəcək. Dövlət və yaxud Sosial Müdafiə Fondunun büdcəsində olan vəsaitlər həmişə ədalətli bölünüb. 2019-cu ildən başlayaraq 4 Sosial Müdafiə zərfi qəbul edilib. Sosial müdafiə ilə bağlı ölkə başçısının 50-dən çox sərəncamı var. Bütün bunlar dövlət başçısının və hökumətin əhalinin sosial qayğısının, rifahının qorunması istiqamətdə olan diqqətinin ifadəsidir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu