Xəbərlər

Putin Qəzzada xəstəxananın vurulmasını şərh etdi: Bu siqnaldır

putin

Rusiya prezidenti Vladimir Putin Qəzzada xəstəxanaya hücumu faciə və humanitar fəlakət adlandırıb.

Millinews.az xəbər verir ki, Putin Pekində jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Rusiya lideri ümid edir ki, bu, münaqişəyə son qoymağın zəruriliyi barədə siqnal olacaq.

“Yüzlərlə ölü və yüzlərlə yaralı, əlbəttə ki, fəlakətdir. Xüsusən də humanitar xarakterli bir yerdə. Ona görə də həqiqətən ümid edirəm ki, bu, münaqişənin mümkün qədər tez bitməsinin lazım olduğuna dair siqnal olacaq. Hər halda, biz bu məsələni bəzi təmas və danışıqlara başlamaq ehtimalına qədər azaltmalıyıq”, – Rusiya lideri Çinə səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.

Putin bildirib ki, əsas oyunçular Fələstin-İsrail münaqişəsinin dərinləşməsini istəmirlər:

“Məndə belə təəssürat yaranıb ki, heç kim münaqişəni davam etdirmək, inkişaf etdirmək və vəziyyəti daha da pisləşdirmək istəmir”.

Rusiya lideri Moskvanın Yaxın Şərq münaqişəsinin həlli yolları ilə bağlı mövqeyini yenidən ifadə edib.

“Bizim prinsipial mövqeyimiz var, bu, bugünkü böhranla bağlı deyil, biz həmişə suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq”, – Putin bildirib.

Tural

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu