Xəbərlər

ADY gücləndirilmiş iş rejimində çalışacaq


“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Millinews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabrda:

– Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilir;

– Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək;

– Abşeron dairəvi marşrutu qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Həmçinin Ucar sakinləri də bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutundan istifadə etməklə təhlükəsiz mənzil başına çatacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytından və yaxud “ADY Mobile” tətbiqindən istifadə etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu