Xəbərlər

2024-cü ilin bəxtəvər bürcləri – Pul qabıları dolub-daşacaq


Qarşıdan gələn il bəzi bürc sahiblərinin həyatında şans aparıcı rol oynaya bilər.

Millinews.az-ın məlumatına görə, astroloqların 2024-cü il bürc proqnozlarına görə, yeni il Qoç bürcü üçün uğurlu olacaq. Əjdaha ilində düzgün analiz qabiliyyətlərini inkişaf etdirəcəyi təqdirdə Qoçların həm karyerada, həm eşq həyatında nailiyyətlər gözlənilir.

Əjdaha ili Əkizlər üçün maliyyə cəhətdən sabitlik vəd edir. Onlar əllərində daha çox pul qalmağını istəyirlərsə kredit götürmək kimi yollara baş vurmaqdan çəkinməlidirlər.

2024-cü ildə Tərəzi bürcünü də maddi baxımdan uğurlu bir il gözləyir. Onlar risklərdən çəkinərək, sosial vəziyyətlərini daha da yaxşılaşdıracaqlar.

Əqrəblərin də üzü gələn il güləcək. Amma astroloqlar onlara qənaətcil olmaq barədə də xəbərdarlıq etməyi unutmayıblar. Uğurlu tanışlıqlar həyatınıza yenilik gətirəcək.

Aidə / Millinews.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu