Ölkə
21 il “srok” çəkən Çingiz dayının şok əməlləri: Həbsxanaya qızlar gətirib yanında saxlayırmış – VİDEO
Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında 21 il həbs həyatı yaşayan və hazırda mis yığıb satmaqla məşğul olan Çingiz Hüseynov öz həyat hekayəsini danışıb. 66 yaşlı Çingiz Hüseynov Rusiyada mübahisəsi düşən adamı öldürdüyünə görə 12 il həbs cəzasına məhkum olunub. “Heç bir problem yox idi. Həbsxanadan evə pul da göndərirdim. Qolumda problem var idi, yuxarı çıxa bilmirdim. “Barak”ın vəziyyətinə baxan məhbusa dedim ki, həbs müddətim çoxdur, mənə normal yer ver, razılaşmadı. Bir müddət onunla danışmadım. Bir gün ona salam vermək istədim, eşitdim ki, məni tacik dilində söyür. Daha sonra onu söhbətə çağırdım və çəkiclə başına vurdum. Başı deşilmişdi. 9 il də həbs verdilər”, – o deyib.