Xəbərlər

Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya

ekran skli 2023 10 25 225304

Qarabağda baş verənlər etnik təmizləmə kimi xarakterizə oluna bilməz.

Millinews.az Globalinfo.aza istinadən xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti bəyan edib.

Nazir Şotlandiyadan olan ermənipərəst deputat Lounun Qarabağın erməni əhalisinin Ermənistana qayıtmasının guya “etnik təmizləmə” olması ilə bağlı ittihamları ilə razılaşmayıb:

“Böyük Britaniya Ermənistan və Azərbaycana danışıqları bərpa etmək üçün çağırış edib. Məhz danışıqlar sülh üçün möhkəm təməl olacaq”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu