Xəbərlər
“Unutma, təhlükə yaradan ruslar da var”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev amerikalı sahibkar İlon Maskın İranın ABŞ bazalarına yaxın yerləşməsi ilə bağlı yazısına cavab verib .
Millinews.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsindəki ingilisdilli hesabında paylaşım edib.
“Dəqiq! Amma bütün dünyaya təhlükə yaradan ruslar da var! Unutma!” – deyə Medvedev xatırladıb.
Bundan əvvəl Mask öz səhifəsində Amerika hərbi bazalarının halqasında yerləşən, üzərində İranın təsvir olunduğu Yaxın Şərq regionunun xəritəsini yerləşdirib. O, fotonu bu cür şərh edib: “İran müharibə istəyir. Görün, onlar öz ölkələrini bizim hərbi bazalarımıza nə qədər yaxın yerləşdiriblər”.
Hüseyn İbadlı