Xəbərlər

Ölkədə manata inam nə dərəcədədir?


Mərkəzi Bankın açıqladığı 2022-ci il iyunun 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 58,8 faizi milli, 41,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 12,1 faiz artıb.

Millinews.az xəbər verir ki, 2020-ci ilin mart ayında əmanətlərin 51,1 faizi xarici, 48,9 faizi isə milli valyutada qoyulmuşdu. 2018-ci ilin sentyabrına olan statistikaya əsasən isə əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada idi. Yəni zamanla milli valyutada olan əmanətlərin həcmi artır.

Banklarda manatla əmanətlərin həcminin artması ilə bağlı hazırkı statistikaya əsasən danışan iqtisadçı Murad Calalov Millinews.az-a bildirdi ki, son vaxtlar avronun həddindən artıq dəyər itirməsi Azərbaycanda əhalinin əmanətlərini manatla yerləşdirməsinə təsir edir:

aac55010be hhh

“Bu müddətdə banklar yaranmış vəziyyətdən istifadə edərək manatla əmanətlər üçün faiz artımına qərar verdilər. Nəticədə, əmanətçilər həm digər valyutada olan əmanətlərini manata keçirdilər, həm də əllərdə nağd şəkildə olan pulları da banklara etibar edib hesablarına yerləşdirdilər. Manat və ABŞ valyutasına digər valyutalara görə kifayət qədər dəyərini artırıb. Banklar da manatla əmanətlərə faizi daha çox verir. Manata etibarın artması depozitlərin artım payında da hiss olunur”.

Hazırda Avrozonada mövcud iqtisadi vəziyəti şərh edən ekspert vurğuladı ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində inflyasiya müşahidə edilsə də, avronun dollar qarşısında dəyər itirməsi manata olan inamı gücləndirib.

Qeyd edək ki, Azərbaycandakı banklar 2023-cü ilin 9 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 449.9 milyon manatlıq faiz ödəyiblər. Bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 125.5 milyon manat və ya 39% artıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu