Lukaşenkonun məşuqələri – Qızları gözəllik yarışmalarından “tapırmış” – FOTOLAR
Rusiya-Ukrayna müharibəsi fonunda adı tez-tez gündəmə gələn Belarus prezidenti Aleksandr Lukaşenkonun intim həyatı ilə bağlı mütəmadi məlumatlar yayılır.
67 yaşlı Lukaşenkonun bir çox model və məşhur qadınlarla eşq romanları yaşadığı bildirilir.
Media iddia edir ki, Aleksandr Lukaşenkonun şəxsiyyəti, onun məşuqələri haqqında şayiələr müntəzəm olaraq yaranır.Budəfəki məlumatlarda Lukaşenkonun məşuqələrindən bəhs olunub.
Məlum olub ki, o, gözəllik müsabiqələrinin və məşhur belaruslu xanımların əsl pərəstişkarıdır.
Məlumatlara görə, Belarus prezidenti pop müğənnisi İrina Dorofeeva ilə intim münasibətlərə mailkdir. İrina Dorofeeva prezident Soçiyə istirahətə gedərkən onun yanında olub, “Slavyan bazarı”nda Lukaşenkonun iqamətgahında görünüb. Lakin o, romantik münasibətlərini rəsmi olaraq təsdiqləməyib.Lukaşenkonun Rusiya və Avropa gözəli Svetlana Koroleva ilə də romantik münasibəti olduğunu deyirlər. İddialara görə, o, hətta bir neçə dəfə səhərdən axşamadək bütün gününü Svetlana ilə birlikdə öz iqamətgahında keçirib.
Prezidentin həmçinin modellər Marta Qolubeva, Polina Şuba, Daşa Şmanay, eləcədə teleaparıcı və Belarus gözəli Mariya Vasileviç ilə romanlar yaşadığı vurğulanır.
Xüsusilə Mariya Vasileviç son vaxtlar xokkey yarışlarını izləyən “batka”nın yanında tez-tez görünür.
Qeyd edək ki, 2019-cu ildə isə Mariya Belarusda mədəniyyətin inkişafına verdiyi töhfəyə görə mükafata layiq görülüb.
Bəs Aleksandr Lukaşenkonun qanuni həyat yoldaşı kimdir?
Məlumata görə, prezidentin birinci həyat yoldaşı Qalina Lukaşenko hazırda kiçik bir kənddə yaşayır və sağıcı işləyir. Cütlük sonuncu dəfə 1994-cü ildə İsraildə birlikdə görüntülənib. İndi də boşanmayıblar, amma uzun illərdi ayrı yaşayırlar. Aleksandr və Qalina Lukaşenkoların Vitya və Dima adlı iki oğlu və yeddi nəvəsi var.
Lukaşenkonun kiçik oğlu Kolyanın anasının isə Prezidentin tibb komissiyasının rəhbəri vəzifəsində çalışmış İrina Abelskaya olduğu bildirilir. (modern.az)