Xəbərlər

Futbolçu huşunu itirdi, oyun yarımçıq qaldı

Niderland çempionatının 10-cu turunda keçirilən “AZ Alkmaar” – “Neymegen” oyunu (1:2) yarımçıq qalıb.

Millinews.az xəbər verir ki, buna qonaq komandanın hücumçusu Bas Dostun oyun zamanı halının pisləşməsi səbəb olub. 34 yaşlı futbolçu 90+1-ci dəqiqədə rəqibi ilə toqquşduqdan sonra yerdə qalıb və huşunu itirib.

Bu zaman bütün futbolçular onu dövrəyə alıb və həkimlər ilkin müdaxilə edib. Daha sonra Dost xəstəxanaya çatdırılıb.

34 yaşlı forvard daha sonra sosial şəbəkə hesabında paylaşım edərək vəziyyətnin yaxşı olduğunu yazıb.

77158505 12686721 image a 44 1698624388049

Maraq üçün bildirək ki, hadisə qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə (5 dəqiqə əlavə olunmuşdu) baş verib. Niderland Kral Futbol Assosiyasının oynanılmamış 4 dəqiqəyə görə hansı qərar verəcəyi bilinmir.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu