“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib
Noyabrın 4-də “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Millinews.az xəbər verir ki, Azərbaycan Gənclər Fondu, Təhsilin İnkişafı Fondu, Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Bir Könüllü” Tələbə Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova, Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin əməkdaşı Emil Yusifov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi qazisi Rəsul İbrahimli çıxışları zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıblar. Bildirilib ki, ikinci Qarabağ müharibəsində əldə olunmuş zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü idi.
Cari il, sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən natiqlər bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyanın tələbələrindən ibarət “Milli Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və instrumental musiqi nümunələri təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi müasir dövrdə müxtəlif ideologiyaların təsiri fonunda gənclər arasında milli düşüncəni qoruyub saxlamaq, onların vətənpərvər ruhda yetişməsinə nail olmaq, şəhid və qəhrəmanlarımızı tanıtmaq, eləcə də, onların keçdiyi tarixi zəfər yolunu təbliğ etmək və xatirələrini daim uca tutmaqdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.