Xəbərlər

İsrail Qəzzaya ikinci boru kəməri ilə su təchizatını bərpa edir

israil

Oktyabrın 28-də İsrail Qəzza zolağına aparan üç su kəmərindən ikincisini açıb.

Millinews.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrailin Fələstin ərazilərində hökumətin fəaliyyəti üzrə koordinatoruna (COGAT) istinadən məlumat yayıb.

“İsrail Qəzza zolağına su verən üç su kəmərindən ikincisini yenidən açır… İkinci su kəməri şənbə günü yenidən açılıb”, – məlumatda deyilib.

Boru kəmərlərindən biri ilə Qəzza zolağına su təchizatı ötən həftə daha kiçik miqyasda bərpa edilib. Hazırda, nəşrə görə, “anklavda humanitar ehtiyacları ödəmək üçün yetərincə su və qida var”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu