Maqazin

Açıq paltarla səhnəyə çıxan Səmra: Tərbiyə geyimlə ölçülmür – FOTO

Müğənni Səmra Rəhimli qalmaqallı açıqlamalar verib.

Sənətçi “Şou xəbər”ə geyim və tərbiyə ilə bağlı danışıb.

Səmra bundan başqa, şou-biznesin bəzi nümayəndələrinə də söz atıb:

“Geyimlə tərbiyə və mədəniyyət ölçülmür. Mən buna qarşıyam. Geyimlə əxlaqı eyni səviyyəyə qoymaq lazım deyil. Çünki insanın əxlaqı onun vicdanı, tərbiyəsidir. Məsum görünüb, amma olduğunu kimi görünməyən insanlar var. Şükür Allaha ki, neçə ildir səhnədəyəm və hələ ki, Səmra haqqında heç bir artıq-əskik söz olmayıb.

unknown 311974473 1161260291492026 113255809211877934 nTərbiyəm də Şükür Allaha yerindədir. Səmra Səmradır, olduğu kimidir. Özümü başqa biri kimi göstərməyə çalışmıram. İmic, janr dəyişmək də olar. Hər gün fərqli fotosessiya, kliplər çəkdirmək də olar. Ancaq içində o olmayandan sonra?!”.

İfaçı sənətdə dostunun olub-olmaması barədə verilən suala bu cür cavab verib:

“Dostluq mənim üçün çox ağır yüklü sözdür. Çünki hər kəslə dost ola bilməzsən. Dost anam və bacımdır. İstəmirəm kimsə gözümdən düşsün. Sərhədi keçəndən sonra hər kəsin iç üzü sənə xoş gəlmir axı. Hamının hörmətini saxlayıram, amma pərdəni də qoruyuram”.

unknown 217413884 885541875375922 8207741822193745676 n
unknown 301950021 168615762378026 2603469477214346668 n
unknown 347350584 659446009350384 6284853341365415894 n 1

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu