Xəbərlər
Fələstin Maskdan kömək istədi, müsbət cavab aldı
Fələstin Milli Administrasiyası (PNA) amerikalı sahibkar İlon Maskın Space X şirkəti tərəfindən idarə olunan “Starlink” layihəsi ilə əlaqəni bərpa etmək üçün kömək istəyib.
Millinews.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Fələstinin rabitə naziri Yitzak Sadr “Starlink”in artıq əməkdaşlığa razı olduğunu təsdiqləyib. Hazırda Qəzza zolağında rabitə, o cümlədən internet işləmir.
“Rabitəni bərpa etməyin yollarından biri süni peyklərə çıxışdır. Biz artıq “Starlink”lə əlaqə saxlamışıq, bu avadanlığın Qəzzə zolağına gətirilməsi üçün beynəlxalq və humanitar təşkilatlarla işləyirik, bir sıra qurğular almağa hazırlaşırıq… “Starlink” müsbət cavab verib”, – Sadr bildirib.
Tural