Xəbərlər
Annalena Berbok Azərbaycanda səfərdədir
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfərə gəlib.
Millinews.az Apa-ya istinadən xəbər verir ki, Almaniya XİN rəhbəri artıq Bakıdadır.
O, səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Xatırladaq ki, regiona səfəri çərçivəsində almaniyalı nazir noyabrın 3-də Ermənistana səfər edib və orada bir sıra yüksək səviyyəli görüşlər keçirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.