Narkotikə görə hər şeyini itirən Hikmət Sovetksi: “Obyektlərim, avtomobillərim var idi”
“Bizimləsən” verilişinin ötən gün yayımlanan buraxılışında təsirli anlar yaşanıb.
Proqrama qatılan Hikmət Sovetski narkotikə qurşandığı illərdən danışıb.
O narkotik aludəçisi olduqdan sonra ailəsini və bütün mal varlığını itirdiyini bildirib.
Hikmət varlı ailədə dünyaya gəlib. Veriliş zamanı bildirib ki, çoxlu obyektləri və avtomobilləri olub. O bütün maddi imkanını narkotikdən istifadə edərək xərcləyərək qurtarıb. Hikmət valideynlərinin ona görə dünyadan köçdüyünü, onlara yaxşı övlad ola bilmədiyini deyib.
Bu zaman o göz yaşlarının saxlaya bilməyib. Hazırda bir oğlu olan Hikmət onu üç ildən sonra gördüyünü deyib. Reabilitasiya mərkəzində müalicələri davam edən keçmiş narkotik istifadəçisi “Oğluma görə sağalıram” – deyə vurğulayıb.
Efir zamanı onun narkotik aludəçisi olduğunu əks etdirən kadrlar da nümayiş olunub. Videoda Hikmət tanınmaz halda olduğundan görənləri şoka salıb.
Ətraflı videoda: