Xəbərlər

Arıqlamaq üçün hər gün nə qədər yaşıl çay içmək lazımdır?

61f275a882682c6d47ad7c4b

Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edir, lakin bir neçə qaydaya riayət etmək lazımdır.

Millinews.az xəbər verir ki, bu sözləri diyetoloq İrina Pisareva “vm.ru” nəşrinə müsahibəsində bildirib. Mütəxəssisin fikrincə, arıqlamaq istəyirsinizsə, fəstfudlardan uzaq durmalısınız.

“Əgər biz fəstfud, tortlar, şokolad və digər şirniyyatları yaşıl çayla birlikdə yeyib-içiriksə, bu zaman çəkiniz azalmayacaq, əksinə, artacaq. Ona görə də arıqlamağa nail olmaq və müsbət nəticələr əldə etmək üçün bütün bunları pəhrizdən çıxarmaq vacibdir”, – Pisareva bildirib.

Mütəxəssis vurğulayıb ki, gündə 3-4 fincan yaşıl çay kifayətdir. Lakin içki hər kəsə eyni təsir göstərmir, ona görə də rasiona daxil edərkən ehtiyatlı davranmaq lazımdır. Pisareva əlavə edib ki, yeməkdən yarım saat əvvəl çay içmək daha yaxşıdır. Eyni zamanda idman məşqlərini unutmaq olmaz, çünki onlarsız nəticə gözləməyin mənası yoxdur.

Aytən

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu