“Everton”un sədri öldü
İngiltərə “Everton”nu klubun idarə heyətinin sədri Bill Kenraytın vəfat etdiyini açıqlayıb.
“Everton Futbol Klubu dünən gecə 78 yaşında, ailəsi və yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən İdarə Heyətinin sədri Bill Kenraytın vəfatından kədərlənir.
Klub həm sədrini, həm rəhbərini, həm dostunu, həm də ilhamını itirib. “Everton”dakı hər kəsin düşüncələri və duaları həyat yoldaşı Cenni Siqrouv, qızı Lyusi Kenrayt, nəvələri və onu tanıyan və sevən hər kəslədir”, – klubun açıqlamasında deyilir.
Bill 1989-cu ildən, idarə heyətinin üzvü olduqdan bəri klubdadır. Onun konsorsiumu klubu 1999-cu ildə alıb və o, 2004-cü ildən sədrdir.
Onun rəhbərliyi altında “Everton” 2005-ci ildə ilk dördlükdə yer alıb, 2009-cu ildə İngiltərə Kubokunun finalına yüksəlib və altı dəfə Avropa Liqasına vəsiqə qazanıb.