“Real”ın əfsanəsi “Mançester Yunayted”in baş məşqçisi olur
İngiltərə mətbuatı “Mançester Yunayted”in Erik ten Haqla yollarını ayıracağı təqdirdə 2 namizəd üzərində danışıqlar apardığını yazıb.
Millinews.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədin Zinəddin Zidan və Ruben Amorimin olduğu irəli sürülüb. Yerli mənbələrin məlumatına görə, “Mançester Yunayted” İngiltərə Liqa Kubokunda“Nyukasl Yunayted”ə 0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Digər tərəfdən, “Mançester Yunayted” 61 ildə ilk dəfə “Old Trafford”da ardıcıl iki matçda 3 və ya daha çox qol buraxıb.
Bundan sonra klub rəhbərliyi yeni məşqçi üçün hərəkətə keçib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.