İsrail diplomatları Türkiyəni bu tarixdə tərk ediblər
“Oktyabrın 19-da bütün İsrail diplomatları Türkiyəni tərk edib. Buna görə də İsrailin xarici işlər naziri Eli Koenin tabeliyində olanlara çağırışını başa düşmək çətindir”.
Millinews.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin türk diplomatik mənbəsi məlumat verib.
“Hazırda Türkiyədə heç bir İsrail diplomatı yoxdur, onların hamısı oktyabrın 19-da ölkəni tərk edib. Türkiyə Xarici İşlər Nazirliyi oktyabrın 18-də baş verən son hadisələr fonunda səfirlik diplomatlarının Türkiyəni tərk etmək niyyəti ilə bağlı nota alıb. Adlarını çəkdiyi diplomatlar artıq ölkəni tərk etdiyi üçün Koenin Türkiyədən qayıtmaq üçün kimə göstəriş verdiyini anlamaq çətindir”, – mənbə deyib.
Mənbənin sözlərinə görə, İsrail diplomatları Türkiyəni hər hansı diplomatik böhrana görə deyil, təhlükəsizlik səbəbi ilə tərk ediblər.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Eli Koen prezident Rəcəb Tayyib Ərdoğanın Fələstinə dəstək bəyanatlarından sonra Türkiyədəki bütün diplomatik nümayəndəliklərin geri qayıtmasının lazım olduğunu bildirib.
Hüseyn İbadlı