Xəbərlər
Efirdə aldığı xəbər Kəmaləni göz yaşlarına boğdu: Halı pisləşdi
Müğənni Kəmalə Qaramollayeva efirdə göz yaşlarına boğulub.
Millinews.az xəbər verir ki, buna səbəb sənətçinin 11 il yanında bəslədiyi itinin ölüm ayağında olması olub.
Ev heyvanına bağlı olan Kəmalə itinin sədaqətliyindən danışaraq ağlayıb. Keçmiş xatirələrindən söz açan Qaramollayeva bildirib ki, övlad sahibi olmadığını biləndə təsəllini itində tapıb.
Proqramın gedişatında müğənniyə itinin öldüyü xəbəri verilib. Həmin an özünə yer tapa bilməyən Kəmalə göz yaşı içində hamıdan üzr istəyərək təcili şəkildə studiyanı tərk edib və evə yollanıb.
Verilişdə yayımlanan sözügedən görüntüləri sizə təqdim edirik:
Bizim.Media