Xəbərlər
“Qalatasaray” onun məvacibini 50 milyona qaldırdı
“Qalatasaray”la yeni 1 illik müqavilə imzalayan Okan Burukun maaşının məbləği bəlli olub.
Millinews.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.
Bildirilib ki, ötən mövsüm bir mövsümə 20 milyon lirə (bugünkü məzənnəyə uyğun olaraq 665 min avro) qazanan baş məşqçinin maaşı 150 faiz artırılıb. Onun yeni müqavilədə bir mövsüm üçün maaşı 50 milyon lirə (1 milyon 663 min avro) təyin edilib.
Bundan başqa, onun üçün bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə “Qalatasaray”ın baş məşqçisi təyin edilən Okan Buruk elə ilk mövsümdə komandasıyla Türkiyə çempionu olub.
Heybət