Azərbaycanda 9 ayda içki və tütünə bu qədər pul xərclənib
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 750.7 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Millinews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin sentyabr ayında isə bu göstəricinin həcmi 178.9 milyon manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 85 milyon 78 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu dövrdə ölkədə tütün məmulatlarının istehsalı isə 671.2 milyon manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 447,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.