Xəbərlər

“İnnoMEDİA” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib


Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən və davamlı xarakter daşıyan “İnnoMEDİA” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib.

Millinews.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndarova Agentlik tərəfindən reallaşdırılan rəqəmsal layihələr, müasir dövrdə mediada müşahidə edilən tendensiyalar və ehtiyaclara uyğun həyata keçirilən inkişaf proqramları, mediada innovasiyaların təşviqi üçün yaradıcı düşünmə texnikaları haqqında ətraflı məlumat verib.

Layihə çərçivəsində digər görüş isə hərbi jurnalist Fərdin İsazadə ilə “fake nyus”la mübarizə və təhlükəsizlik məsələləri, mobil jurnalistika mövzularında keçirilib. İştirakçılara hərbi əhəmiyyətli məlumatların paylaşılması qaydaları izah edilib, Vətən müharibəsi dövründə hərbi jurnalistlərin fəaliyyəti və müharibə ilə bağlı hazırlanan qısametrajlı filmlər barədə interaktiv müzakirələr aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu