Xəbərlər

Türkiyədə yaşamaq istəyənlərinə nəzərinə…

istanbul

Türkiyədə yaşamaq icazəsi əldə etməyə imkan verən daşınmaz əmlakın minimum qiyməti 200 min ABŞ dollarından az olmamalıdır.

Millinews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu yeni qayda 2023-cü il oktyabrın 16-dan sonra daşınmaz əmlak almış qeyri-rezidentlərə şamil ediləcək.

Yeni qanuna əsasən, bu halda kadastr qiymətləndirməsi tələb olunmayacaq. Sənədi əldə etmək üçün yalnız “tapu” – mənzilin dəyərinin qeyd olunduğu daşınmaz əmlaka sahib olmanı təsdiq edən mülkiyyət sənədi nəzərə alınacaq.

Oktyabrın 16-dan əvvəl alınan daşınmaz əmlak sahibləri üçün isə əvvəlki qaydalar tətbiq olunacaq: kiçik şəhərlərdə daşınmaz əmlakın minimum dəyəri 50 min ABŞ dolları, meqapolislərdə isə 75 min ABŞ dollarıdır. Bu halda həm mülkiyyət, həm də qiymətləndirmə sənədi tələb olunacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu