Maqazin

Van Dammın azərbaycanlı gəlini Amerikada bu işdə işləyəcək

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə izləyicilərinin suallarını cavablandırıb.

İnstaqramda canlı yayımda Amerikadakı həyatından danışıb. O bildirib ki, həyat yoldaşı Kristoferlə birlikdə çalışmağa başlayacaq:

“Kristofer filmlərə çəkilməklə yanaşı, rejissorluq edir, direktor kimi fəaliyyət göstərir. Həm də filmlərdə mətnləri yazır. Məni də yanında işə götürüb, ikinci direktor kimi onunla çalışacağam. Kristoferin mənimlə bağlı planları var. Onun əsl peşəsi animasiya filmləri çəkməkdir. 

Amma ilk növbədə musiqimi davam etdirəcəyəm. Hazırda dincəlirik, sonra işə başlayacağıq. İstəyirəm Amerikada konsertlər verim. Hələ burada çox adam tanımıram. Çalışacağam musiqi sahəsində insanlar tapım. Vaqif Mustafazadənin əsərlərini səsləndirəcəyim konsert edəcəyəm”.

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb. / Axşam.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu