Xəbərlər
Millinews.az – Rusiyada pələng sərhədi qoruyan iti parçalayıb
Rusiyanın Xabarovsk vilayətinin yaxınlığında Rusiya-Çin sərhədini qoruyan iti pələng parçalayıb.
Xidməti it Xabarovsk diyarının Kazakeviçevo kəndindəki zastavada olub. Yırtıcının yaxınlıqda olmasını hiss edən dördayaqlı mühafizəçi hürüb və otağını tərk edib.
Pələng üç sıçrayışda itə çatıb. Bundan sonra o, itin boynundan tutaraq ovunu meşəyə aparıb.
Hər şey o qədər tez baş verib ki, sərhədçilər itin köməyinə çata bilməyiblər.
Mənbə: “Mash” “Telegram” kanalı