Xəbərlər

ABŞ-da Hellouin şənliklərində atışma: çox sayda ölən var

ABŞ-da Hellouin şənliklərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Millinews.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Hellouin ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur, lakin bu tarix 2023-cü ildə iş gününə düşdüyü üçün Amerikanın bir çox şəhərlərində şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

ABŞ-da bir neçə oxşar partiyada atışma baş verib: Tampa şəhərində (Florida) atışmaya çevrilən kütləvi dava nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İndiana ştatının İndianapolis şəhərində 100-dən çox insanın iştirak etdiyi bir gənclik məclisində açılan atəş nəticəsində 1 nəfər ölüb , 8 nəfər yaralanıb. Bütün qurbanların yaşı 16 ilə 22 arasında dəyişir. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu