Xəbərlər
Hakan Fidan Berlinə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniyanın paytaxtı Berlinə səfər edəcək.
Millinews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər (XİN) məlumat yayıb.
Qeyd edilib ki, nazir Avropa İttifaqının (Aİ) Genişlənməsi üzrə Nazirlər Konfransında iştirak edəcək.
Konfransda Aİ-nin genişlənmə strategiyasının əsas dinamikası, həm Aİ, həm də namizəd ölkələr tərəfindən atılması vacib olan addımlar müzakirə olunacaq.