Xəbərlər
Bu istiqamətdə marşrut uzadılır, reyslər artırılır
“Azərbaycan Dəmir Yolları” (ADY) yaxın zamanlarda qatarların ölkədaxili marşurutunda dəyişiklik edəcək.
Millinews.az-ın əldə etdiyi məlumata görə, Bakı-Ağstafa-Bakı sürətli qatarının hərəkət marşrutu uzadılacaq. Bundan sonra Qazaxa səfər etmək istəyən sərnişinlər də qatarın xidmətindən yararlana biləcəklər.
Hərəkət cədvəlində də dəyişiklik olacaq. Gün ərzində sözügedən istiqamətlər üzrə bir deyil, bir neçə qatar hərəkət edəcək. Eyni zamanda gecə reyslərinin bərpası nəzərdə tutulub. Bunun üçün kupeli qatarlar sifariş olunub.
Yeniliklərin yaxın zamada tətbiq ediləcəyi gözlənilir. Bir müddətdir bu istiqamətdə hazırlıq işləri aparılır.
Heybət