Xəbərlər

Zülmə qarşı susmadı! Ancelina Colidən sərt reaksiya

angelina jolie 3 1644471522513 17ee22414e5 large

Dünyada milyonlarla insan kimi, mən də son həftələrdə İsraildə bu qədər mülki vətəndaşın ölümünə səbəb olan terror hücumundan qəzəbləndim, xəstələndim və necə kömək edə biləcəyimi düşündüm. Mən də bütün girovların sağ-salamat geri qayıtması və yaxınlarının vəfatı ilə bağlı ağlasığmaz acılar çəkən ailələrə dua edirəm. Bu qədər uşaq öldürüldü və ya yetim qaldı. İsraildə baş verənlər terror aktıdır. Amma bu, Qəzzada dinc əhalinin bombalanması nəticəsində nə qədər günahsız insanın həlak olmasına haqq qazandıra bilməz. Qaçmağa yeri olmayan, yeməyə və suya çıxışı olmayan, evakuasiya imkanı olmayan, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrum olan əhali.

Millinews.az xəbər verir ki, bu sözləri Hollivud aktrisası Ancelina Coli instaqramda yazıb. O, ilk növbədə bildirib ki, heç bir tərəfi deyil, münaqişədən əziyyət çəkən mülki əhalini dəstəkləyir.

“20 il qaçqınlarla işlədiyim üçün ilk növbədə hər hansı zorakılığa görə evlərini tərk edən insanlar haqqında düşünürəm. Təxminən iyirmi ilə yaxındır ciddi blokadada olan Qəzzada iki milyondan çox insan yaşayır və onların yarısı uşaqlardır. Az miqdarda humanitar yardım ehtiyacın yalnız bir hissəsidir və bombardman humanitar yardıma ehtiyacı daha da artırır. Yardımdan, yanacaqdan və sudan imtina bütün xalq üçün kollektiv cəzadır. Humanitar səbəblərdən atəşi dərhal dayandırmaq lazımdır. Fələstinlilərin və israillilərin həyatı, dünyadakı bütün insanların həyatı kimi, eyni dəyərə malikdir”, – deyə Coli öz mövqeyini açıqlayıb.

Kino ulduzu həmçinin münaqişədən zərər çəkənlərə tibbi yardım göstərən təşkilata ianə etdiyini açıqlayıb.

Xatırladaq ki, Coli uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi olub. Coli xüsusi nümayəndə kimi Keniya, Tayland, Ekvador, Sudan, Kosovo, Anqola, Şri-Lanka və İordaniyadakı İraq qaçqın düşərgələrində humanitar missiyalar çərçivəsində xidmət göstərib.

Aytən Məftun

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu