Xəbərlər

Hacıqabulda yanaraq ölən ana və övladlarının FOTOSU


Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğında həyatını itirən yeniyetmələr qəsəbədəki R.Qənbərov adına 2 saylı tam orta məktəbin şagirdləri imiş.

Millinews.az xəbər verir ki, taxta konstruksiyalı barak tipli yataqxanadakı yanğında anaları və nənələri ilə birgə yanaraq ölən 11 yaşlı Elgün Sadıqov altıncı, 13 yaşlı bacısı Zəhra isə yeddinci sinif şagirdi imiş.Məktəblilərin və yanğında vəfat edən anaları Aybəniz Abışovanın fotosunu təqdim edirik.

Qeyd edək ki, hadisə ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsində tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evində başlayıb. Yanğın daha sonra ikinci mərtəbədə Elçin Sadıqovun yaşadığı evə keçib. E. Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib. Lakin onun həyat yoldaşı, oğlu, qızı və həmin gün onlara qonaq gəlmiş qayınanası yanaraq ölüb. Həmçinin yanğının başladığı evin sahibi olan 80 yaşlı kişi də hadisədə həyatını itirib.

Araşdırmalar davam etdirilir.

ddb6a32a09 37969142014601870014356778092204881192985218n 1





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu