Xəbərlər
ABŞ-dən İrana qəti XƏBƏRDARLIQ
Birləşmiş Ştatlar İrana “qəti xəbərdarlıq” göndərir və Yaxın Şərqdə vəziyyət pisləşdiyindən təmkinli olmağı xahiş edir.
Millinews.az xəbər verir ki, bu barədə CNN-ə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Əlbəttə, qoşunlarımızı və obyektlərimizi qorumaq üçün lazım gələrsə, hərəkətə keçəcəyik… Bu, İranın diqqət etməli olduğu qəti xəbərdarlıqdır. Biz regionda milli təhlükəsizlik maraqlarımızı ciddiyə alırıq, ona görə də Prezident Co Bayden bölgədə iki aviadaşıyıcı zərbə qrupunu yerləşdirib”, – Kirbi bəyan edib.
O, həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar hərbçilərini qorumaq üçün istədiyi zaman qərarlar qəbul edəcək.