Xəbərlər

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi azalıb


2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 807.7 milyon dollar və ya 8.6% azalaraq 19 milyard 234,9 milyon dollar təşkil edib.

Millinews.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Aİ ölkələrinə 16 milyard 920,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2 milyard 468.7 milyon dollar və ya 12,7% azdır.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə illik müqayisədə 40% və ya 661 milyon dollar artaraq 2 milyard 314.2 milyon dollara bərabər olub.

9 ay ərzində Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Almaniya, Yunanıstan ilə aparıb.

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard 51.9 milyon ABŞ dolları, o cümlədən ixracı 11 milyard 739.6 milyon dollar, idxalı isə 312.3 milyon dollar təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 19.4% azalıb, idxal isə 26.7% artıb.

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi isə 1 milyard 259.4 milyon dollar, o cümlədən ixracı 553.8 milyon dollara, idxalı isə 705.5 milyon dollara bərabər olub. Son 1 ildə ticarət dövriyyəsi 72.5%, o cümlədən ixrac 2 dəfə, idxal isə 55.1% artıb.

Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi isə 1 milyard 216.4 milyon dollar, o cümlədən ixracı 1 milyard 198 milyon dollar, idxalı isə 18.3 milyon dollar olub. Son 1 ildə ticarət dövriyyəsi və ixrac 11% , idxal isə 18.8% artıb.

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 49.2% təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3.7 faiz bəndi azdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu